Ağdərədən çıxarılmış "Ruben" Afrikaya yola salınır

   Ağdərədən çıxarılmış  "Ruben" Afrikaya yola salınır
  11 Avqust 2023    Oxunub:1083
44 günlük müharibədən sonra Qarabağın Laçın və digər bölgələrində qanunsuz məskunlaşdırılmış bəzi hərbi cinayətkarlar, separatçılarla yanaşı vəhşi heyvanlar da çıxarılırlar.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "Mamul" nəşri yazır ki, Vəhşi Təbiəti və Mədəni Varlıqları Mühafizə Fondu şiri hələ 2022-ci ilin dekabrın 4-də Ağdərə rayonunda olmuş keçmiş zooparkdan çıxarılaraq Ermənistana köçürüb. Şirin adı "Ruben" olub. O indi Ermənistandan vətəni Cənubi Afrika Respublikasına qaytarılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti