Medvedev: "Ukraynanın təslim olması sülhə yol açacaq"

      Medvedev:    "Ukraynanın təslim olması sülhə yol açacaq"
  11 Avqust 2023    Oxunub:934
Ukraynaya hazırda lazım olan sülhə yol aça bilən kapitulyasiyadır. Lakin nə Vaşinqton, nə də Kiyev bunu istəmir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında bildirib.

"Parçalanmış ölkənin səngərlərində əzab çəkən insanlara həqiqətən yalnız təslim olmaq lazımdır ki, bu, bəlkə də sülhə yol açacaq. Lakin Amerika bölünməz güc istəyir. Bunun üçün ukraynalıların həyatını əsirgəmir.

Medvedev bəyan edib ki, Kiyev əks-hücumunun ət kombinatı bu gün dayanmadan işləyir və minlərlə bədbəxt insanı qırğına göndərir. "Amma onun işi artıq ölümündən sonra çürümə mərhələsinə qədəm qoyan Kiyev rejiminə kömək etməyəcək. Onun cəsədini sinkləmək mümkün deyil", - o, yekunlaşdırıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti