Hicabsız iranlı qadınlar futbol matçında - Video

   Hicabsız iranlı qadınlar futbol matçında -  Video
  11 Avqust 2023    Oxunub:1281
44 illik fasilədən sonra iranlı qadınların stadionda futbol matçına gəlməsi və onların bəzilərinin isə hicabsız olması İran hökumətinin məcburi hicab siyasətinin iflasa uğrayacağını göstərir.
AzVision.az xəbər verir ki, avqustun 9-u Tehranın Azadi stadionunda “Persepolis” və “Aluminium Arak” komandaları arasında keçirilən qarşılaşma tamaşaçısız keçdiyi halda, paytaxt komandası ilə Xuzistanın “Fulad” komandası arasında “GülGövhər Sircan” stadionunda baş tutan matçı qadınlar da izləyiblər.

Mediada dərc edilən bir neçə fotoda həmin qadınların hicabsız olduqları görünür.

FİFA hələ beş il əvvəl İrandan qadınların stadionlara girməsinə icazə verməsini tələb edib.
Lakin İranın Futbol federasiyası, təhlükəsizlik və hüquq-mühafizə orqanları indiyədək “lazımi infrastrukturun” olmaması bəhanəsi ilə bu tələbin tam icrasından yayınıblar.

AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti