Vnukovo aeroportunda uçuşlar dayandırıldı
Daha əvvəl 112 teleqram kanalı Kubinka ərazisində naməlum pilotsuz uçuş aparatının göründüyünü yazmışdı. PUA Moskvaya doğru uçub.
SHOT yazır ki, Vnukovoda məhdudiyyətlər Mojaysk vilayətində aşağı hündürlükdə və aşağı sürətlə uçan naməlum uçan obyektə görə tətbiq edilib, o, radarla aşkarlanıb.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə sistemlərinin avqustun 10-na keçən gecə iki hücumçu PUA-nı vurduğunu bildirmişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Vnukova