ABŞ prezidentliyinə namizəd Meksikanı hərbi əməliyyatlarla hədələdi
“Bizim onları məsuliyyətə cəlb etmək hüququmuz var və bu, təkcə cinayətkarlar təsadüfən sərhədimizi keçəcəyi halda baş verməyəcək. Əgər Meksika bu işdə bizə kömək etməyəcəksə, onda biz üzərimizə düşəni etməliyik”, - Desantis qeyd edib.
Siyasətçi “Meksika ərazisindəki kartellərə qarşı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edəcəksinizmi?” sualına belə cavab verib ki, Vaşinqton öz ölkəsini müdafiə etmək hüququnu özündə saxlayır. Desantis vurğulayıb ki, kartellər “xarici terror təşkilatı” kimi vətəndaşlara ziyan vuraraq Amerika ərazisinə soxulurlar.
Tural Tağıyev
AzVision.az