Təvazökar həyatı ilə nümunə idi: Merkelin saç və makiyaj xərcləri nə qədərdir?
Almaniya hökuməti Angela Merkelin vəzifədən getdiyi 2021-ci ildən bəri onun saç və makiyajına təxminən 55 min avro, o cümlədən 2022-ci ildə 37 780 avro və 2023-cü ildə 17 200 avro xərcləyib. Merkeli səfərlərdə stilist müşayiət edirsə, bu xərclər daha da artır. Hətta ictimaiyyətə açıq olmayan görüşlərdə belə 69 yaşlı Merkelin yanında saç və makiyaj ustası olur.
Almaniyanın hazırkı kansleri Olaf Şolz da ictimai səfərlərində heç bir xərcdən çəkinmir. Bu il onun saç düzümü və makiyajı üçün 21 808 avro xərclədiyi halda, 2022-ci ildə bu rəqəm 39 910 avroya çatıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: