Almaniyadakı iranlılara ehtiyatlı davranmaq tövsiyyə edilib

Almaniyadakı iranlılara ehtiyatlı davranmaq tövsiyyə edilib
  11 Avqust 2023    Oxunub:1306
Almaniyanın Daxili təhlükəsizlik təşkilatı bu ölkədə yaşayan iranlı fəallara İranın haker hücumları barədə xəbərdarlıq ünvanlayıb.
AzVision.az xəbər verir ki, dərc olunan bəyanata əsasən, mühacirətdə olan iranlı fəallar, insan haqları qrupları və digər şəxslər İranın kibercasusluq hücumlarına qarşı lazımi tədbirləri nəzərə almalıdırlar.

“Tehrana bağlı hakerlər İran liderlərini tənqid edənləri müəyyənləşdirmək və onların casusluq etməsi üçün mürəkkəb çoxmərhələli prosesdən yararlanırlar. Hakerlər əvvəlcə hədəfin siyasi baxışları və şəxsi maraqları haqqında geniş onlayn araşdırmalar aparır, sonra isə inam yaratmaq ümidi ilə qurbanlarla əlaqə saxlayırlar. İranlı hakerlər daha sonra “fişinq” əməliyyatı ilə qurbanların şəxsi məlumatlarını sındırırlar”, - bəyanatda deyilir.

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal idarəsi kimi tanınan Daxili Təhlükəsizlik təşkilatı vəkilləri, jurnalistləri və İranla bağlı məsələlərlə məşğul olanları daha ehtiyatlı davranmağa çağırıb.

İdarə alman jurnalistlərin bu cür hücumlara məruz qaldığı halları hələ müəyyənləşdirmədiyini, lakin İranla bağlı məsələlərlə məşğul olan hər kəsin ehtiyat tədbirləri görməsi zərurətini vurğulayıb.
AzVision.az


Teqlər: İran   Almaniya  





Xəbər lenti