Dünyada yeni bir ölkə yaranır I Müstəqilliyini elan edə biləcəkmi?

      Dünyada yeni bir ölkə yaranır I    Müstəqilliyini elan edə biləcəkmi?
  11 Avqust 2023    Oxunub:2573
Qrenlandiya yavaş-yavaş, lakin əminliklə Danimarkadan ayrılıb müstəqilliyini elan etməyə doğru irəliləyir.
AzVision.az xəbər verir ki, iyunun əvvəlində artıq Qrenlandiya konstitusiya layihəsini təqdim edib və yerli əhali bunu Danimarkadan ayrılıb müstəqilliyə doğru mühüm addım kimi qiymətləndirib. On il əvvəl bu məsələ diqqəti o qədər də çəkməzdi. Lakin Rusiya ilə ABŞ arasındakı münaqişə strateji mövqedə olan adanın vacibliyini daha da artırır.

Qrenlandiyanın keçəcəyi yol bəlli olsa da, onun tam suverenlik məqsədinə nə vaxt çatacağı və ya hətta nail olub-olmayacağı dəqiq deyil.

1950-ci illərin əvvəllərindən bəri ABŞ Hərbi Hava Qüvvələri adanın şimal-qərb ucunda yerləşən Tuledə baza qurub. Arktika dairəsindən 1200 kilometr şimalda yerləşən Tule ABŞ silahlı qüvvələrinin ən şimal bazasıdır. Baza əvvəlcə Strateji Hava Komandanlığının əfsanəvi B-52 bombardmançıları üçün tikilib. Lakin erkən xəbərdarlıqla illərlə raketdən müdafiə sisteminin vacib hissəsinə çevrilib. Tule 2020-ci ildə ABŞ Kosmik Qüvvələrinə inteqrasiya edilib.

NATO-nun qurucu üzvü olan Danimarka ABŞ-ın Qrenlandiyadakı hərbi obyektlərinə hüquqlar verməklə razılaşır, hətta bəzi hallarda yerli əhalinin zorla çıxarılmasını qəbul edir. Danimarka tərəfinin yeganə tələbi ABŞ bayrağının yanında öz bayrağının dalğalanmasıdır.

Danimarkanın Qrenlandiya üzərində nəzarətinin toxunulmaz ola bilməcəyinə dair erkən xəbərdarlıq 2019-cu ildə Donald Trampın adanı satın almaqla bağlı təklifindən sonra gəldi. Amerikanın 19-cu əsrdə Rusiyadan Alyaskanı alması kifayət qədər yaxşı müqavilə idi. Lakin təklifi qəti şəkildə rədd edildi.

Qrenlandiyanın o zamankı baş naziri Kim Kielsen adasının satılmadığını açıq şəkildə bildirərək, satışa çıxarılsa belə, təklifin Danimarka deyil, Qrenlandiya üçün olması lazım olduğunu söyləmişdi. Kopenhagendən olan baş nazir Mette Frederiksen də eyni açıqlama ilə "Qrenlandiya Danimarka deyil. Qrenlandiya Qrenlandiyadır" demişdi.

Özünü əsas sövdələşmə sahibi kimi elan edən Tramp ola bilsin ki, mühüm strateji varlıq üzərində ABŞ-ın nəzarətini təmin edəcək şəxsin özü olduğunu düşünmüşdü. Və ya bəlkə də bu, medianın diqqətini cəlb etmək üçün oynadığı başqa bir qəribə hiylə idi. Səbəb nə olursa olsun, hadisə Danimarka və Qrenlandiya münasibətlərinə işıq saldı.

Qrenlandiyalılar müstəqilliklərini əldə edə bilsələr, çox qiymətli bir daşınmaz əmlaka nəzarət etmiş olacaqlar. Yalnız 57.000 sakini və quru kütləsinin 80 faizi buzla örtülü olan adanın iqtisadi əhəmiyyəti diqqət cəlb etməyə bilər. Lakin onun strateji yeri fərqli bir hekayədən xəbər verir.

Aytən Zəhra
AzVision.az


Teqlər: Qrelandiya   Danimarka   ABŞ  





Xəbər lenti