"Həyata öz kabinetlərinizdən baxmayın, ölkə zibilxanaya çevrilib" - Paşinyan qəzəbləndi

   "Həyata öz kabinetlərinizdən baxmayın, ölkə zibilxanaya çevrilib" - Paşinyan qəzəbləndi
  11 Avqust 2023    Oxunub:1367
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində yolların təmirindən narazıdır. Bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb.
Baş nazir bildirib ki, o, tez-tez ölkənin bir sıra problemlərinin olduğu bölgələrə səfər edir və onu narahat edən məsələlər var. Paşinyanın sözlərinə görə, Nazirlər Kabinetinin iclaslarında bu məsələlər qaldırılmayıb. Bununla bağlı o, Nazirlər Kabinetinin üzvlərinə rayonlara plandankənar səfərlər etməyə, ölkə vətəndaşları ilə canlı ünsiyyət qurmağa göstəriş vermək qərarına gəlib.

"Sizə elə problemlərdən danışacaqlar ki, onlardan başqa cür xəbər tutmaq mümkün deyil. Hətta mən razıyam ki, hökumət üzvləri bu məqsədlə iş günlərindən istifadə etsinlər. Və onlar öz iş otaqlarından və maşınlarından kənardakı həyatı da görsünlər. Yollardakı işarə az qalaq mənim yaşımdadır".

Baş nazir qeyd edib ki, Ermənistanda yolların vəziyyəti biabırçıdır. O, əlavə edib ki, xidmət göstərən şirkətlər yolları təmizləməli, yol nişanlarını dəyişdirməli və yeniləməlidir.

Paşinyanın sözlərinə görə, yol və magistral yollara xidmət göstərən şirkətlər öhdəliklərini yerinə yetirmir, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi də onların işinə o qədər də ciddi nəzarət etmir.

Baş nazir dövlətlərarası yollarda internetin olmamasından da narazıdır. O hesab edir ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlər öz işlərinə məsuliyyətlə yanaşmalı, işlərin çoxluğuna baxmayaraq, öhdəliklərini layiqincə yerinə yetirməlidirlər.

İrəvanda və ölkənin regionlarında bitib-tükənməyən tikinti-quruculuq işləri də baş naziri narahat edir.

Paşinyan qeyd edib ki, bir çox rayonlarda şəhərlərin mərkəzindəki ərazilər özəlləşdirilib, lakin onilliklər ərzində istifadə olunmayıb və zibilxanaya çevrilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti