OPEK-in hesabatı İranın statistikasını inkar edir

OPEK-in hesabatı İranın statistikasını inkar edir
  11 Avqust 2023    Oxunub:1508
OPEK-in avqustun 10-da açıqladığı yeni statistik rəqəmlər İranın neft nazirinin müavininin ölkədəki neft hasilatı barədə səsləndirdiyi rəqəmlərdən xeyli aşağıdır.
AzVision.az xəbər verir ki, İran Milli Neft şirkətinin baş direktoru Möhsün Xocəstəmehr bir gün əvvəl ölkədə neft hasilatının bu ilin sentyabr ayının sonuna kimi 250 min barrel artaraq, gündəlik 3,5 milyon barrelə çatacağını iddia edib. O, hazırda isə ölkənin neft hasilatı sutkada 3,25 milyon barrel təşkil etiyini deyib.

Amma OPEK-in yeni statistikası bu rəqəmin sutkada cəmi 2 milyon 828 min barrel olduğunu və İranın neft nazirinin müavininin açıqlaması ilə 422 min barrel fərq təşkil etdiyini sübuta yetirir.

Həmçinin OPEK-in yeni statistikasına görə, bu ilin ilk 7 ayında İranın neft hasilatı 11% artsa da, onun qiyməti 24%-dən çox ucuzlaşıb.

Bu arada, "Kepler" şirkətinin açıqladığı hesabatda 2023-cü ilin ilk yeddi ayında İranın Çinə gündəlik orta neft və qaz kondensatı ixracının təxminən 1,1 milyon barrel, Suriyaya isə gündəlik orta neft ixracının təxminən 85 min barrel olduğu bildirilir.

ABŞ-nin sanksiyalarından əvvəl İran gündə 2,5 milyon barrel neft və qaz kondensatı ixrac edirdi.
AzVision.az


Teqlər: İran   OPEK  





Xəbər lenti