Ceff Bezos "Milyarderlərin bunkeri"də 68 milyon dollarlıq ev aldı

   Ceff Bezos "Milyarderlərin bunkeri"də    68 milyon dollarlıq ev aldı
  11 Avqust 2023    Oxunub:1555
Amazon şirkətinin yaradıcısı, amerikalı milyarder və dünyanın üçüncü ən varlı adamı Ceff Bezos Florida ştatının eksklüziv Indian- Krik adasında 68 milyon dollara malikanə alıb.
1,1 hektar ərazidə yerləşən üç otaqlı mülk 1965-ci ildə tikilib və əvvəllər MTM Star International şirkətinə məxsus olub. Bloomberg-in əldə etdiyi sənədlərə görə, Ceff Bezos bu ilin iyun ayında malikanənin sahibi olub.

İndian - Krik Florida ştatının Mayami-Dade rayonunda yerləşən ABŞ-da şəhər və adadır. Təcrid olunmasına və varlı sakinlərinə görə Indian- Krik "Milyarderlərin bunkeri" adlanır.

Adadakı daşınmaz əmlaklar futbolçu Tom Bredi, iş adamı Cared Kuşner və ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka kimi məşhurlara məxsusdur.

Qeyd edək ki, bu ili mayın sonunda 59 yaşlı Ceff Bezos 53 yaşlı sevgilisi, teleaparıcı Loren Sançesə evlilik təklifi edib. Cütlük 2018-ci ildə görüşməyə başlayıb. Romanın başlanğıcında hər ikisi rəsmi olaraq evli idilər, lakin tezliklə onlar boşanmaq üçün ərizə verdilər və münasibətlərini gizlətməyə son verdilər.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti