İranlı deputat Rəisinin proqramlarını ev tapşırıqları ilə müqayisə etdi
“Dövlət adamlarının çıxışları yazılı proqramla müşayiət edilmədikdə və ya konkret maliyyə dəstəyi, maliyyə imkanları olmayanda bu, yazılmalı ev tapşırığı kimidir. Hökumətin marginallaşma və köç stimullarının aradan qaldırılması üçün tərtib etdiyi proqramlar ictimai zərərlərin intensivləşməsi ilə nəticələnib. Hökumətin fəaliyyəti nəticəsində xalq inamsızlaşıb. Bu inamsızlığın nəticəsidir ki, hökumət istiliyə görə iki günlük ofisləri bağlayanda heç kim bu bağlanmanın yalnız insanların vəziyyətinə, həyat və sağlamlığına hörmətdən irəli gəldiyinə inanmırdı”, - Əlirzabeyqi deyib.
Deputat bu inamsızlığın səbəbini İbrahim Rəisi hökumətinin təqdim etdiyi proqram və qaldırdığı şüarlarla mövcud “narazılıqları” aradan qaldıra bilmədiyi ilə izah edib.
İranlı iqtisadçı-ekspert Albert Boğzyan da İbrahim Rəisinin iki illik prezidentliyinin nəticəsini “yoxsulluq” adlandırıb. Ekspert İbrahim Rəisinin prezidentliyi dövründə “sanksiyaların ağırlaşmadığı, neft gəlirləri azalmadıöı və məzənnənin dəyişmədiyi” fonda ölkədə qiymətlərin yenə də artdığını vurğulayıb. Boğzyan “nəzarətin zəif olduğu” vəziyyətdə elitanın inflyasiyadan faydalandığını, digər insanların isə əziyyət çəkdiyini bildirib.
Qey edək ki, İranın universitet təhsili olmayan 13-cü prezidenti İbrahim Rəisi, yalnız dini-fiqhi tələbələr yetişdirən olan dini hövzələrdə təhsil alıb.
AzVision.az
Teqlər: Əlirzabeygi Rəisi