"Hərbi komissarların hamısı işdən çıxarılır" - Zelenskidən sərt qərar

   "Hərbi komissarların hamısı işdən çıxarılır" -    Zelenskidən sərt qərar
  11 Avqust 2023    Oxunub:1298
"Ukraynada bütün regional hərbi komissarlar işdən çıxarılacaq. Onların yerinə cəbhədə olmuş və ya səngərdə ola bilməyən hərbçilər gələcək".
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Hərbi komissralıqların vəzifəli şəxsləri barəsində 112 cinayət işi, 33 şübhəli fakt var. Donetsk, Poltava, Vinnitsa, Odessa, Kiyev, Lvov və digər ərazilərdə sui-istifadə halları var. Kimisi nağd pulla, kimisi isə kriptovalyuta ilə rüşvət götürüb. Utanmazlıq hər yerdə eynidir", - prezident Milli Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, iclasın yekununda bütün vilayətlərin hərbi komissarlarının vəzifədən azad edilməsinə qərar verilib. Prezident əlavə edib ki, hərbi komissarlıqlara cəbhədə olmuş və ya sağlamlığını, əzalarını itirdiyinə görə səngərdə ola bilməyən, lakin ləyaqətini qoruyub saxlayan, ədəbli hərbçilər rəhbərlik etməlidir.

"Bu işə qəbul sistemi ilə onlara etibar etmək olar. Ali Baş Komandan Zalujnı bu qərarı icra etməlidir. Hərbi komissarlıqların yeni rəhbərləri təyin olunmazdan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlama aparılacaq. Cinayətə yol verən hər kəs məsuliyyət daşıyacaq və cavab verəcək.

O, həmçinin qeyd edib ki, barələrində cinayət və ya qanun pozuntusu faktı aşkar edilməyən hərbi komissar və vəzifəli şəxslər rütbələrini saxlamaq və ləyaqətlərini sübut etmək istəyirlərsə, cəbhəyə getməlidirlər.

"Vurğulayıram: ordu cinayət cəzasını əvəz etmir və heç vaxt olmayacaq. Paqonu ilə mənfətini qarışdıran məmurlar, şübhəsiz ki, mühakimə olunurlar", - Zelenski fikrini yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti