AMEA-da yeni təyinatlar - Siyahı

AMEA-da yeni təyinatlar - Siyahı
  06 İyun 2014    Oxunub:1260
AMEA İdarəetmə Sistemləri İnstitunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclası keçirilib.
AzVision.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Akif Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul haqqında qərar qəbul edilib.

Tədbirdə həmçinin fizika üzrə fəlsəfə doktoru Rəvan Mehdiyevanın Radiasiya Problemləri İnstitutunun (RPİ) elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru İbrahim Qabulovun RPİ-nin beynəlxalq əlaqələr üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Musa Nuriyevin RPİ-nin elmi katibi vəzifələrinə təsdiqi və digər cari məsələlər müzakirə edilib.


Teqlər:  



Xəbər lenti