Ağ Ev Nigerin prezidentindən xəbərsizdir

   Ağ Ev Nigerin prezidentindən xəbərsizdir
  11 Avqust 2023    Oxunub:1247
"ABŞ Nigerdəki hərbçilərin devrilmiş prezident Mohamed Bazumu öldürməklə hədələməsi ilə bağlı xəbərləri təsdiq edə bilmir". Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
"Onun həyatına təhlükə olması ilə bağlı mətbuatda yer alan xəbərlər barədə məndə hər hansı məlumat yoxdur. O, hələ də həbsdədir və biz dəfələrlə onun azadlığa buraxılması və işinə bərpa olunması ilə bağlı müraciət etmişik.

Mən onun səhhəti barədə heç bir əminliklə danışa bilmərəm və onun həyatı üçün potensial təhlükələr barədə mətbuatda yayılan xəbərləri təsdiqləyə bilmərəm”, - Kirbi əlavə edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti