ABŞ-da prezidentliyinə namizəd Rusiyaya şərtlər qoydu
O, nəzarət xətlərinin dondurulmasını, Rusiya Federasiyası ilə iqtisadi əlaqələrin bərpasını, eləcə də Ukraynanı NATO-ya qəbul etməmək barədə qəti öhdəliyi dəstəklədiyini vurğulayıb. Bu, Moskvanın Çinlə hərbi tərəfdaşlığından çıxmağa, nüvə silahlarını Kalininqraddan çıxarmağa və Qərb yarımkürəsində hərbi mövcudluğunu dayandırmağa hazır olduğu halda baş verəcək.
Bundan əvvəl Ramasvami bildirib ki, Ağ Evin külli miqdarda vəsait xərclədiyi Ukrayna münaqişəsi Meksikadakı narkotik kartelləri ilə bağlı vəziyyətdən fərqli olaraq amerikalılara heç bir şəkildə təsir etmir.
AzVision.az
Teqlər: