Vaqif Səmədoğlu təltif edildi

Vaqif Səmədoğlu təltif edildi
  06 İyun 2014    Oxunub:1604
İyunun 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Şairi Vaqif Səmədoğlunun anadan olmasının 75 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, yubiley tədbirində dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ədəbiyyatımızın “60-cılar” nəslinə məxsus olan Vaqif Səmədoğlunun sevilən bir sənətkar
olduğunu, onun şeirlərinin xalqımız tərəfindən rəğbətlə qarşılandığını bildirmişdir.

Sonra Prezident Administrasiyasının rəhbəri Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Vaqif Səməd oğlu Vəkilovun (Vaqif Səmədoğlu) “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamını diqqətə çatdırıb, dövlətimizin başçısının yubilyara təbrik məktubunu oxuyub.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali mükafatı yubilyara təqdim edib.

Vaqif Səmədoğlu çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və başqaları çıxış edərək Vaqif Səmədoğlunun zəngin həyat yolundan və ədəbi fəaliyyətindən söhbət açıblar.


Teqlər:



Xəbər lenti