"Ərdoğan Putinlə görüşmək üçün Moskvaya gedə bilər" - KİV
“A haber”in məlumatına görə, görüşün yeri ilə bağlı qərar Putinin Türkiyə ərazisinə rəsmi səfər edib-etməməsindən asılıdır. Telekanal vurğulayır ki, tərəflər arasında danışıqlar avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər.
Qeyd edək ki, Putin və Ərdoğan arasında gözlənilən təkbətək danışıqlara dair məlumatlar avqustun əvvəlində ortaya çıxıb. Türkiyə prezidentinin sözlərinə görə, o, rusiyalı həmkarını rəsmi səfərdə gözləyir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Eyni zamanda, görüş zamanı iki ölkə liderləri iqtisadiyyat, milli valyutalarla ticarət və turizm sahəsində əlaqələrə toxunacaqlar.
AzVision.az
Teqlər: