Şahzadə Harri və Meqan haqqında yeni film çəkilib

Şahzadə Harri və Meqan haqqında yeni film çəkilib
  12 Avqust 2023    Oxunub:1026
Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral ailəsindən ayrıldıqdan sonra barələrində söz-söhbət səngimir. Onlar gah “Netflix”də çəkilən sənədli filmə görə kral ailəsindən üzr istəyir, gah da müxtəlif televiziya proqramlarına müsahibə verməklə də gündəmdən düşmürlər.
AzVision.az “The İndependent” agentliyinə istinadla xəbər verir ki, bu dəfə cütlük haqqında sevgi filmi çəkilib. Görəsən, “Meet me” adlanan bu film Harri və Meqan cütlüyünün nüfuzunu özünə qaytara biləcəkmi? Demək çətindir.

Romanın süjet xətti heç də “Netflix”də çəkilən sənədli filmdəki kimi deyil. Romanda hadisələr belə cərəyan edir - avtomobil qəzasında faciəvi şəkildə həlak olan ana, anasının ümidini doğrultmağa çalışan və ailənin yükünü çiynində daşıyan gənc Harri, bir-birini çox sevən iki gənc.

Xatırladaq ki, Harri-Meqan cütlüyü “Netflix”dəki film üçün 100 milyon dollar əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti