Banqladeşdə musson yağışları 57 nəfərin ölümünə səbəb olub

Banqladeşdə musson yağışları 57 nəfərin ölümünə səbəb olub
  12 Avqust 2023    Oxunub:1267
Banqladeşin cənub-şərqində musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 57-yə yüksəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 4-dən başlayan musson yağışlarından sonra ölkənin dörd böyük rayonunda ümumilikdə 57 nəfər həyatını itirib.


Meteoroloqlar yağışların daha 2 gün davam edəcəyi və çaylarda daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.

Musson yağışlarının səbəb olduğu daşqınlardan təxminən 1 milyon insanın zərər çəkdiyi bildirilib.

Qeyd olunub ki, daşqınlar nəticəsində çoxlu torpaq sahələri və yüzlərlə ev zərər görüb və dəymiş ziyanın qiymətləndirilməsi bir həftədən çox çəkə bilər.

“Daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam edir”, - deyə məlumatda qeyd edilib.

AzVision.az



Teqlər: Banqladeş   Musson  





Xəbər lenti