Rumıniyada NATO təlimlərinin vaxtı bəlli olub

Rumıniyada NATO təlimlərinin vaxtı bəlli olub
  12 Avqust 2023    Oxunub:1179
Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb. Hazırda Fransa, Belçika və Niderlanddan olan hərbçilər ölkədə qərarlaşıb. Digər dövlətlərin də qrupda iştirakı istisna edilmir.

AzVision.az



Teqlər: NATO   Rumıniya  





Xəbər lenti