Polşa Belarusla sərhədə xüsusi qrup yerləşdirib.

Polşa Belarusla sərhədə xüsusi qrup yerləşdirib.
  12 Avqust 2023    Oxunub:1131
Polşa Belarusla sərhədə xüsusi qrup yerləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə naziri Mariuş Blaşçak bildirib ki, RENGAW kod adlı əməliyyat çərçivəsində hərbi əməliyyat qrupu yaradılıb. Qrupun vəzifəsi sərhəddə vəziyyətin pisləşəcəyi təqdirdə ehtiyat formalaşdırmaq olacaq.

"Polşa Ordusu müasir silahlarla, müasir texnologiya ilə təchiz olunub və bütün bunlar onların gücündən xəbər verir”, - nazir əlavə edib.

Onun sözlərinə görə, bu hərbi əməliyyat qrupu təlim və müdafiə xarakteri daşıyır.

Əməliyyatda 4 minə qədər əsgər iştirak edəcək.

AzVision.az



Teqlər: Polşa   Belarus  





Xəbər lenti