Möhsün Pakayin:`Düşmənin planı iflasa uğradı`
Səfir vurğulayıb ki, ölkələrimiz arasındakı münasibətləri korlamağa cəhd göstərən qüvvələrin planlarının iflasa uğrayıb: `Bizim müxtəlif ölkələr ilə dostluq meyarımız bəzi dövlətlər və qeyri-hökumət təşkilatlarının siyasi baxışından deyil, xalqın rəyindən ibarətdir. Azərbaycan Respublikası ilə münasibətlərin möhkəmlənməsini də xalqlarımızın istəyi hesab edirik`.
Möhsün Pakayin İran və Azərbaycan xalqlarının dərin mədəni köklərlə bağlı olduqlarını söyləyib: `Mərhum Prezident Heydər Əliyev İran ilə dostluq münasibətlərinə önəm verirdi. Bu gün də Azərbaycan Respublikasında həmin siyasət davam etdirilir. İran rəhbərli də Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə əhəmiyyət verir. Bununla bağlı iqtisadi planların icrası tədricən səmərəsini verəcəkdir. Biz gələcəkdə iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinin şahidi olacağıq`.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


