Tramp prezident seçkilərində qalib gəlmək şansından danışdı

   Tramp prezident seçkilərində qalib gəlmək şansından danışdı
  13 Avqust 2023    Oxunub:951
ABŞ-ın keçmiş prezidenti Donald Tramp “The Times” qəzetinə deyib ki, onun 2024-cü il seçkilərində yenidən seçilmək şansı “100 faizə yaxındır”.
O, bildirib ki, 2020-ci ildəki kimi mübarizə aparılarsa, ABŞ-ın hazırkı prezidenti Co Baydeni məğlub etmək şansı 100 faiz olacaq.

Tramp həm də əmindir ki, respublikaçılar arasında ona layiq rəqiblər yoxdur.

Eks-prezident daha əvvəl demişdi ki, ona qarşı məhkəmələr yalnız 2024-cü il seçkilərindən sonra keçirilməlidir.

Kapitoliyə hücumla bağlı məhkəmə prosesinin başlanması gələn il yanvarın 2-nə təyin edilib. Trampın fikrincə, bu, seçki tədbirlərinin başlaması ilə üst-üstə düşəcəyi üçün “seçkilərə müdaxilə” olacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti