Polis redaksiyada axtarışlar apardı, 98 yaşlı qəzet rəhbəri öldü

Polis redaksiyada axtarışlar apardı,    98 yaşlı qəzet rəhbəri öldü
  14 Avqust 2023    Oxunub:926
ABŞ polisi Kanzas ştatının Marion şəhərində Marion County Record qəzetinin redaksiyasına basqın edib. Hadisədən qısa zaman sonra qəzetin ortaqlarından biri vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə sözügedən qəzet məlumat yayıb.

Qeyd edilir ki, ölən 98 yaşlı Joan Meyer olub.

"O, əllərində axtarış üçün qərar olan polis məmurlarını içəri buraxdıqdan sonra onlar Meyerin kompüterini götürüblər. Bütün bunları göz yaşları içində seyr edən Meyer hadisənin ertəsi gün evində ölü tapılıb. Məmurlar həmçinin onun oğlu, naşir Erik Meyerin bank hesablarından olan çıxarışları da götürüb və evini alt-üst ediblər. Joan yemək yeyə və ya yata bilməyib", -nəşr yazıb.

Həftəlik qəzet Meyerin "yaşına görə xeyli sağlam olduğunu" iddia edib. Qeyd edilir ki, polisin Marion County Record-un ofislərində, eləcə də müxbirlərin evlərində axtarış aparmaq qərarı təkcə qanunsuz deyildi, bu həm də Meyerin birbaşa ölümünə səbəb olub.

Marion County Record 1869-cu ildə təsis edilib. Qəzet çərşənbə günləri 2000 tirajla buraxılır. Meyer ailəsi 60 ildən artıqdır ki, qəzetə rəhbərlik edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Qəzet  





Xəbər lenti