Rus ordusu Kiyevə yenə hücum edəcək? - Ukraynalı generaldan açıqlama

 Rus ordusu Kiyevə yenə hücum edəcək?    - Ukraynalı generaldan açıqlama
  14 Avqust 2023    Oxunub:1611
Ukrayna Silahlı Qüvvələri Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev maraqlı açıqlama verib.
O, "RBC-Ukraynaya" müsahibəsində deyib ki, rus qoşunları yenidən Kiyevə hücuma keçə bilər. Məhz bu səbəbdən Ukrayna komandanlığı müdafiə gücünü artırmaq üçün əlindən gələn hər şeyi edir.

“Heç kim istisna etmir ki, Kiyevə ikinci dəfə hücum olacaq. Biz düşmənin niyyətlərinin yalnız Rusiya Federasiyasının ali siyasi rəhbərliyinin qərarlarından asılı olduğunu da anlayırıq. Deməli, yuxarıda deyilənləri nəzərə alsaq, belə bir təhlükə ehtimalı yaranır”, - Naev qeyd edib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı vəziyyəti daim izləyir və ordu rəhbərliyinə, komandirlərə məlumatları vaxtında çatdırır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Kiyev  





Xəbər lenti