"Putin yaxın günlərdə Türkiyəyə səfər edə bilər" - KİV

   "Putin yaxın günlərdə Türkiyəyə səfər edə bilər" -    KİV
  14 Avqust 2023    Oxunub:930
Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edə bilər.
Bu barədə AzVision.az Türkiyənin “Milliyet” nəşrinə istinadən xəbər verir.

Bu, Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra NATO üzvü olan ölkəyə ilk səfəri ola bilər.

Mətbuat yazır ki, Ankara Putinin Türkiyəyə səfəri öncəsi “taxıl təşəbbüsü”nü bərpa etmək üçün diplomatik işi gücləndirib. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ticarət Nazirliyi ilə koordinasiyalı şəkildə maraqlı ölkələrlə çoxtərəfli danışıqlar aparır.

AzVision.az




Teqlər:





Xəbər lenti