Ağac 10-dan çox başdaşını yararsız hala saldı

Ağac 10-dan çox başdaşını yararsız hala saldı
  06 İyun 2014    Oxunub:919
Lənkəranın dağlıq yaşayış məntəqələrindən olan Gəgiran kəndindəki qəbirstanlıqda 750 yaşlı ağacının budağının qırılması nəticəsində 10-dan çox başdaşı yararsız hala düşüb.
AzVision.az xəbər verir ki, Apa-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 5-də günorta saatlarında qeydə alınıb. Hündür ağacının budağının qırılaraq qəbir daşlarının üstünə düşüb, nəticədə 10-dan çox baş daşı yararsız hala düşüb, həmçinin kəndin aşağı hissəsinə gedən yol bağlanıb.

Kənd sakinlərinin sözlərinə görə, ağacın haçansa qırılaraq fəsad törədəcəyi barədə dəfələrlə aidiyyəti təşkilatlardan ölçü götürməyi xahiş etsələr də, heç bir tədbir görülməyib.

Qeyd edək ki, ərazidəki təhlükə hələ də sovuşmayıb. Belə ki,ağacının daha bir budağının qırılaraq yerə düşməsindən burada uyuyan iki şəhidin qəbri də dağıla bilər.

Kənd ərazi icra nümayəndəsinin müavini Namiq Rəhimovun sözlərinə görə, mövcud vəziyyət barədə həqiqətən də onlara kənd sakinləri tərəfindən müraciətlər olunub. İcra nümayəndəliyinin əməkdaşları isə öz növbələrində ağacın şəkillərini çəkib müvafiq tədbir görülməsi üçün aidiyyatı orqanlara göndəriblər.

Yerli icra nümayəndəsi sakinləri əmin edib ki, müvafiq tədbirlər görüləcək və dağılan başdaşları mütləq bərpa olunacaq.


Teqlər:





Xəbər lenti