Netanyahu ABŞ-İran razılaşmasını tənqid edib

Netanyahu ABŞ-İran razılaşmasını tənqid edib
  14 Avqust 2023    Oxunub:1264
İsrailin baş naziri Benyamin Netanyahu əsirlərin mübadiləsi və İranın Cənubi Koreyada bloklanmış vəsaitlərinin sərbəst buraxılmasına dair İran-ABŞ razılaşmasına razılaşmanı pisləyib və bunu “terrorizmin maliyyələşdirilməsi” adlandırıb.
AzVision.az İsrail mətbuatına istinadən xəbər verir ki, Benyamin Netanyahunun ofisinun yaydığı bəyanatda İranın nüvə infrastrukturunu məhv etməyən razılaşmanın Tehranın nüvə proqramını dayandıra bilməyəcəyi, bu cür razılaşmaların yalnız vasitəçi terror qruplaşmalarını maliyyələşdirən İran rejiminə pul verdiyi vurğulanır.

Müxalifət lideri və İsrailin keçmiş baş naziri Yair Lapid isə öz Tvitter hesabında İsrail və ABŞ hökumətləri arasında yaranmış gərginliyin, o cümlədən İsraildə təklif edilən məhkəmə dəyişikliklərinin Təl-Əvivin Vaşinqton-Tehran sazişini tənqid etmək qabiliyyətini zədələdiyini yazıb.

Onun sözlərinə görə, sözügedəm razılaşma ABŞ-la tamamilə sağçı və uğursuz İsrail hökuməti arasında münasibətlərin korlanmasının vurduğu zərərin bir hissəsidir.

“İndi amerikalılar iranlılarla saziş bağlayıblar ki, bu da İrana milyardlarla dollar göndərəcək və bundan sonra heç kim İsrailin mövqeyinə qulaq asmayacaq”, - Yair Lapid deyib.
AzVision.az


Teqlər: İran   İsrail  





Xəbər lenti