General Kiyevə xəyanət edib - 12 il iş kəsildi

General Kiyevə xəyanət edib    - 12 il iş kəsildi
  14 Avqust 2023    Oxunub:1054
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş general-mayoru dövlətə xəyanətdə və terror aktına cəhddə ittiham olunub. O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Məhkəmə SBU-nun “A” Xüsusi Əməliyyat Mərkəzi rəisinin keçmiş birinci müavinini dövlətə xəyanətdə, terror aktı törətməyə cəhddə, habelə odlu silah, döyüş sursatı və ya partlayıcı maddələri qanunsuz saxlamada təqsirli bilib”, - nəşr yazır.

Eyni zamanda, Baş prokurorluq məhkumun adını açıqlamayıb. Qeyd olunur ki, SBU-nun keçmiş əməkdaşının əmlakı da müsadirə olunub. Müstəntiqlərin fikrincə, o, dövlət sirri təşkil edən məlumatları toplayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti