Bununla bağlı müvafiq bəyanatı Ukrayna XİN-in mətbuat xidməti yayıb.
“Xarici İşlər Nazirliyi 13 avqust 2023-cü ildə təcrübəli və yüksək ixtisaslı diplomat, Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili Aleksandr Anatolyeviç Sençenkonun faciəli şəkildə həlak olmasını dərin hüznlə elan edir. Ukrayna Xarici İşlər Nazirliyi bu əvəzedilməz itki ilə əlaqədar mərhumun ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - XİN-in saytında dərc olunan məlumatda deyilir.
Qeyd edək ki, bazar ertəsi səhər saatlarında Göyçə gölündə əcnəbi diplomatın
ölməsi barədə məlumat yayılıb. Sputnik Ermənistan öz mənbələrinə istinadən yazmışdı ki, batan şəxs Ukraynanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksandr Sençenko olub.
Tural Tağıyev
AzVision.az