İranın XİN rəhbəri səfirliyimizə hücumdan danışdı

 İranın XİN rəhbəri səfirliyimizə hücumdan danışdı
  14 Avqust 2023    Oxunub:1130
“Azərbaycanın İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub”.
Bunu İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian deyib. “Bu şəxsi qisas xarakteri daşısa da diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirik. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktından sonra Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb.


AzVision.az


Teqlər:





Xəbər lenti