Dağıstanda partlayış olub: 30 nəfər ölüb, 100-ü yaralanıb - YENİLƏNİB
Məlumatda o da qeyd olunub ki, hadisə nəticəsində xəsarət alanların sayı 100-ü keçib. Yaralıların içində azyaşlılar da var.
***
Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər ölüb. Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ölənlərdən ikisi azyaşlıdır.
Yaralanan 75 nəfərdən 10-un vəziyyəti ağır qiymətləndirilir.
Yanğın gecə saat 2 radələrində söndürülüb.
Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun imzaladığı fərmanla bu gün matəm elan olunub.
AzVision.az
Teqlər: