Şoyqu: "Ukraynanın hərbi resursu demək olar ki, tükənib"

      Şoyqu:    "Ukraynanın hərbi resursu demək olar ki, tükənib"
  15 Avqust 2023    Oxunub:826
Kiyevin hərbi resurs ehtiyatları praktiki olaraq tükənib. Qərb ölkələrinin hərtərəfli yardımına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri (APU) nəticə əldə edə bilmir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Beynəlxalq Təhlükəsizlik üzrə XI Moskva Konfransında deyib.

"Buna misal olaraq reklam edilən strateji əks-hücum əməliyyatını göstərmək olar. Döyüş əməliyyatlarının ilkin nəticələri göstərir ki, Ukraynanın hərbi resursu tükənib”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ Kiyevi dəstəkləmək şüarı altında “dünyadakı tərəfdaşlarının hərbi arsenallarını təmizləyir”, amma faktiki olaraq bazarı özünün hərbi sənaye kompleksinin məhsulları üçün hazırlayır. Şoyqu əlavə edib ki, yeni silahlar üçün tərəfdaşlar təhlükəsizlik sahəsində suverenliyi məhdudlaşdırmağa razılıq verməlidirlər.

“Avropa nümunə ola bilər, burada müdafiə siyasəti Vaşinqtonun maraqlarına tamamilə tabedir”, - nazir bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti