Putin köhnə və yeni münaqişələrin alovlandırılmasından danışdı

Putin köhnə və yeni münaqişələrin alovlandırılmasından danışdı
  15 Avqust 2023    Oxunub:1140
Rusiya prezidenti Vladimir Putin XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına müraciət edib.
O, deyib ki, dünyada həm köhnə, həm də yeni münaqişələr alovlandırılır. Məqsəd vassallığa məcbur etmək və resurslardan yararlanmaqdır.

“Köhnə münaqişələrin qaynar nöqtələri alovlandırılır, yeniləri isə qızışdırılır. Bunu edənlərin məqsədi bəllidir: insan faciələrindən qazanmağa davam etmək, xalqları çuxura salmaq, dövlətləri neokolonial sistem daxilində vassal itaətinə məcbur etmək”, - prezident qeyd edib.

Putin qeyd edib ki, ABŞ Asiya-Sakit okean regionunda dövlətlərarası qarşılıqlı fəaliyyət sistemini yenidən qurmaq istəyir. Vaşinqton regionda öz nəzarəti altında hərbi-siyasi birliklər yaratmaq istəyir.

Prezidentin sözlərinə görə, Qərb ölkələri NATO qüvvələrini AUKUS blokuna (Böyük Britaniya, Avstraliya, ABŞ) inteqrasiya etməyi planlaşdırır.


Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Münaqişə  





Xəbər lenti