"Rusiya və Ukrayna danışıqlar masasına oturmalı olacaq" - Podolyak

   "Rusiya və Ukrayna danışıqlar masasına oturmalı olacaq" -    Podolyak
  15 Avqust 2023    Oxunub:1009
Kiyev Fransa prezidenti Emmanuel Makronun Ukrayna və Rusiya nümayəndələrinin bu və ya digər formada danışıqlar masası arxasına əyləşməli olması ilə bağlı sözləri ilə razılaşır.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Le Point” jurnalına müsahibəsində deyib. O qeyd edib ki, Makron Ukraynanı tam dəstəkləyir və onun dəstəyi totaldır.

“Paradoksaldır, lakin o, Rusiyaya bizə qarşı istifadə etmək üçün rıçaq verir. Amma mahiyyət etibarı ilə biz Emmanuel Makronla razıyıq. Sonda danışıqlar olacaq”, - deyə Ukrayna prezidentinin ofisinin nümayəndəsi bildirib.

Eyni zamanda, Podolyak vurğulayıb ki, belə bir dialoqa başlamaq üçün Rusiya öz qoşunlarını 1991-ci il sərhədləri daxilində Ukrayna ərazisindən çıxarmalıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti