Belarus: "Qərb hərbi toqquşmaya fəal şəkildə hazırlaşır"

      Belarus:    "Qərb hərbi toqquşmaya fəal şəkildə hazırlaşır"
  15 Avqust 2023    Oxunub:1077
NATO ilə birbaşa hərbi qarşıdurma ehtimalı aşkar görünür. Bu barədə Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.
O qeyd edib ki, Qərb intensiv hərbi hazırlıqla məşğuldur və bu işlərə böyük miqdarda pullar yatırır. Nazirin sözlərinə görə, kapitalist dünyasında heç kim öz aktivlərini silah və orduda dondurmaq fikrində deyil.

“Ona görə də, birmənalı nəticə çıxarmaq olar ki, gələcəkdə NATO ilə olacaq birbaşa hərbi toqquşma ehtimalı xeyli aşkar görünür”, - nazir xəbərdarlıq edib.

Xreninin fikrincə, yüksək rütbəli məmurlar artıq Qərbin əsl planlarını açıq şəkildə dilə gətirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO   Belarus  





Xəbər lenti