1500 ailə “Sovetski”dən getməyə `hə` dedi

1500 ailə “Sovetski”dən getməyə `hə` dedi
  06 İyun 2014    Oxunub:857
Bakının “Sovetski” məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 1500-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Apa-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

O deyib ki, 1043 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1005 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

Komissiya sədri söküntü ərazisinə düşən 3 200 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 140 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.


Teqlər:





Xəbər lenti