23 mindən çox şagird imtahan verəcək

23 mindən çox şagird imtahan verəcək
  06 İyun 2014    Oxunub:982
Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda ümumilikdə 77 imtahan mərkəzi ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, imtahan Bakı şəhərində 64, Sumqayıt şəhərində 7, Abşeron rayonunda isə 6 binada aparılacaq:

“Həmin gün Bakı şəhərində 23 min 755, Sumqayıt şəhərində 3 min 359, Abşeron rayonunda isə 1881 nəfər şagirdin imtahanda iştirak edəcək.

Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdlərinin buraxılış imtahanları üçün adı çəkilən şəhərlərin hər birində 1 imtahan mərkəzi yaradılıb. İyunun 8-də həmin şəhərlərin orta ümumtəhsil müəssisələrinin rus bölməsinin IX sinfində təhsil alan 1605 nəfər şagirdi, 1365 nəfər isə XI sinif şagirdi imtahan verəcək”.

M.Abbaszadə bildirib ki, bu imtahanların idarə edilməsi üçün ümumilikdə 344 imtahan rəhbəri, 3190 nəzarətçi-müəllim ayrılıb.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti