TQDK yenidən müsabiqə elan edəcək

TQDK yenidən müsabiqə elan edəcək
  06 İyun 2014    Oxunub:1029
“Magistraturaya qəbul proqramlarında boş qalan yerlər var”.
AzVision.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, magistraturaya qəbul olan bakalavrlar iyunun 25-dən iyulun 10-a qədər qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçə bilərlər:

“Qeydiyyat internet vasitəsilə aparılır. Bakalavrlar öz diplomlarını ali məktəbə təqdim etməlidirlər. Bu ilin məzunları isə hələ diplom almadıqlarına görə arayış verməlidir”.

Proqramlardakı boş plan yerlərinə gəlincə isə TQDK sədri bildirib ki, həmin yerlər üçün yenidən müsabiqə elan olunacaq:

“Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak edən 9 min 809 nəfərdən 5126-i qəbul olunub. Qalanlar üçün isə ikinci dəfə müsabiqədə iştirak edə bilərlər. Avqustun 10-da bakalavr pilləsinə boş qalan yerlərə müsabiqə elan olunanda magistr pilləsi üçün də elan olunacaq. Qeyd edim ki, bu, dəqiq tarix deyil”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti