Nazirlikdə “SOS” siqnalı

Nazirlikdə “SOS” siqnalı
  06 İyun 2014    Oxunub:893
Azərbaycanda yay mövsümünün başlanması ilə əlaqədar olaraq meşələrin mühafizəsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə Trend-ə açıqlamasında departamentin sektor müdiri Sadiq Salmanov məlumat verib.

Onun sözlərinə görə, meşələrin yanğından mühafizəsi üçün sutkalıq növbətçilik sisteminə keçirilib, operativ qruplar yaradılıb, gündəlik reydlər keçirilir. Bundan başqa bu istiqamətdə əhali ilə maarifləndirmə işi aparılır.

S.Salmanov bildirib ki, ümumiyyətlə son illər aparılan sistemli işlərin nəticəsidir ki, meşələrdə yanğının başvermə halları azalıb. Əgər 2000-ci ildə Azərbaycanda 1500 hektar meşə ərazisində yanğın baş vermişdisə, ötən il cəmi 3,5 hektarda (iki yanğın hadisəsi) yanğın qeydə alınıb: "Yanğın əsasən taxıl yığımından sonra bələdiyyə torpaqlarında kol-kosun yandırılması zamanı baş verir. Həmçinin insanların ehtiyatsız davranmasından bu cür hadisələr qeydə alınır".

Onun bildirdiyinə görə, insanlar piknik vaxtı oddan istifadə edərkən ehtiyatlı davranırlar. Demək olar ki, istirahət zamanı yanğın hadisəsi qeydə alınmır. Əsasən çobanlar yaylaqda olarkən ehtiyatsız davrandıqlarına görə yanğın qeydə alınır.


Teqlər:  





Xəbər lenti