Fond sualları Facebookda cavablandıracaq

Fond sualları Facebookda cavablandıracaq
  06 İyun 2014    Oxunub:1030
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün facebook səhifəsində sualları cavablandıracaq.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər. Suallar operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavablandırılacaq.

Fond bu layihəni müntəzəm olaraq həyata keçirəcək.


Teqlər:  





Xəbər lenti