Bakıda MİLYONLUQ villalar – FOTOLAR

Bakıda MİLYONLUQ villalar – FOTOLAR
  06 İyun 2014    Oxunub:56297
Bakıda mənzil bazarında qiymətlər durmadan artır. Süni şəkildə artırılan qiymətlər əl yandırır. İndi kasıblar üçün nəinki paytaxtda ev almaq, heç mənzillərə uzaqdan belə baxmaq mümkün deyil.

Bakının mərkəzi küçələri bir kənara, şəhər ətrafında yerlərdə də qiymətlər ceyran belinə qalxıb. Ev alqı-satqısı ilə məşğul olan “maklerlər”in sözünə inansaq Bakıda ev sahibi olmaq üçün ən azı cibdə 100 min manat pulun olmalıdır. Bu qiymətə də ürəyin istədiyi yerdən yox, şəhərkənarından ev almaq olar.

Amma şəhərimizdə elə qiymətə evlər var ki, qiyməti milyonlarla ölçülür. Bu yaxınlarda satışa çıxarılan bir villa görünüşdən çox qiyməti ilə hər kəsi təəcccübləndirmişdi. Belə ki, Bakının Yasamal rayonunda yerləşən villa 16 milyon manata satışa çıxarılmışdı.

Birja saytlarına nəzər yetirsək paytaxtda həqiqətədən qiyməti milyonlarla ölçülən evlərin olduğu görə bilərik.

AzVision.az Bakının satışda olan ən bahalı evlərin siyahısını hazırlayıb.

Başlayaq, 4 milyonluq villadan:

Bilgəh qəsəbəsində 7 otaqlı 4 milyon manata satılan villa:



Şıxov qəsəbəsində 3 milyon 600 minlik villa



Novxanıda 2,6 milyonata satılan ev



Badamdarda 2 milyon 500 minə olan ev



Novxanıda 10 otaqlı villa - 2 milyon 500 manat



Mərdəkan bazarı, Çavuş məktəbinin yanında



`Kempinksi` otelinin yanında 8 otaqlı 2 milyon manata satılan villa



Şüvəlanda 8 otaqlı 2 milyona satılan villa



`Milyarderlər` məhəlləsində 2 milyonluq villa



Fatmayi qəsəbəsində 1 milyon 900 min manatlıq villa



Gənclik metrosu, Xəzər TV-nin yanında 1 milyon 500 min manata villa



Zuqulbada 1 milyon 500 minlik villa



Bakıda Space telekanalının yanında 1 milyon 400 min manata satılan villa



Mərdəkanda bahalı villa, 7 otaqdan ibarətdir. Qiyməti isə 1 milyon 400 min manatdır.



`Varovski`də 1 milyon 500 min manata 3 mərtəbəli 7 sot həyətin içində 461 m2 villa satılır



`Villalar diyarı` Mərdəkandan 1 milyon manatlıq mülk



Həmin bölgədə ən ucuz villaların qiyməti 500 min manat civarındadır. 520 min manata satılan villa



Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti