Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq
  06 İyun 2014    Oxunub:897
Hava əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, iyunun 7-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Gecə və axşam bəzi yerlərdə duman olacaq. Hava əsasən yağmursuz olacaq, cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında iyunun 7-də havanın temperaturu 16-21, gündüz 28-33, bəzi yerlərdə isə 35 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti