Salehi: hökumət benzinin qiymətini tətikləyib

   Salehi:    hökumət benzinin qiymətini tətikləyib
  19 Avqust 2023    Oxunub:1171
Bir neçə gündür ki, Tehranda və İranın bir sıra şəhərlərində yanacaqdoldurma məntəqələrində böyük növbələr fonunda benzinin bahalaşacağı barədə gəzən söhbətlər artıq reallığa çevrilmək ərəfəsindədir.
AzVision.az xəbər verir ki, İranın Ticarət palatasının Enerji komissiyasının rəhbəri Həmidrza Salehi ölkədəki vəziyyətin 2019-cu ildəki kimi olduğunu və hökumətin yəqin ki, benzinin qiymətini artıracağını söyləyib. Onun sözlər4inə görə, gəlir çatışmazlığını kompensasiya etmək üçün hökumət benzin qiymətini tətikləyib.

“2019-cu ildə benzin istehlakı artdığı halda, istehsal qeyri-kafi olub və gəlirləri azalan hökumət büdcəsini kompensasiya etmək istəyib, ona görə də benzinin qiymətini 3 dəfə qaldırıblar. Bu hərəkət sosial ziyana səbəb olub, cəmiyyətdə nalayiq vəziyyət yaranıb və bu il də belə ola bilər. İranın neft emalı zavodları yenilənmir və ölkədəki avtomobil sənayesi səmərəsizdir, standart avtomobillər istehsal etmək iqtidarında deyil, digər tərəfdən isə hökumət və məsul qurumlar nəqliyyat parkının modernləşdirilməsi üçün heç bir tədbir görməyib. Biz özümüzü pis günlərə hazırlamalıyıq və o günlərdir ki, qonşularımız öz maraqlarını başqa yerlərdə güdürlər.Biz qonşulara ehtiyac duymadan öz ayaqlarımız üzərində dayana bilməliyik ki, belə vəziyyətlərdə başqalarına ehtiyacımız olmasın”, - Salehi deyib.

Bir neçə gün öncə İbrahim Rəisinin sədrliyi ilə qaz, benzin, dizel və elektrik enerjisi sektorunda enerji tarazlığının pozulmasının nəzərdən keçirilməsi ilə bağlı Ali Energetika şurasının iclası keçirilsə də, hökumət rəsmiləri yığıncağın təfərrüatlarını açıqlamayıb.

Neft nazirliyinin rəsmiləri bu ilin aprelində benzin istehlakının hasilatdan artıq olduğunu təsdiqləyərək, mövcud kəsiri ödəmək üçün Rusiyadan benzin aldıqlarını bildiriblər.

Bununla belə, son həftələrdə geniş yayılmış benzin qıtlığından və bir çox yanacaqdoldurma məntəqələrinin bağlanmasından əvvəl Rusiyanın İrana benzin satışını dayandırdığı barədə məlumatlar yayılmışdı.
AzVision.az


Teqlər: İran   benzin  





Xəbər lenti