Rza Pəhləvi ABŞ-İran razılaşmasını təhqir sayır

Rza Pəhləvi ABŞ-İran razılaşmasını təhqir sayır
  19 Avqust 2023    Oxunub:1618
Şahzadə Rza Pəhləvi amerikalı məhbusların azadlığa buraxılması müqabilində İranın dondurulmuş 6 milyard dollarlıq aktivlərinin azad olunması barədə Vaşinqton-Tehran razılaşmasını tənqid edib.
AzVision.az xəbər verir ki, Şahadə Pəhləvi bu məsələ ilə bağlı öz Twitter hesabında tənqidi mətn paylaşıb.

“Təəssüf ki, Bayden administrasiyasının beş girovun azad edilməsi üçün fitrə kimi rejimə verdiyi milyardlarla dollar mənim həmvətənlərimin əzabını yüngülləşdirməyəcək. Bu gözlənilməz gəlir rejimin cinayətkar fəaliyyətini maliyyələşdirmək üçün istifadə olunacaq və onları daha çox girov götürməyə təşviq edəcək. Bu azad edilmiş vəsaitlər Məhsa Əmininin və yüzlərlə digər igid iranlının qətlinin ildönümü ərəfəsində İran hökuməti üçün həyat ipi kimidir. Bu, açıq və iyrənc bir təhqirdir”, - Pəhləvi yazıb.

Bununla belə, Ağ Evin Milli Təhlükəsizlik şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, beş İran əsilli Amerika vətəndaşının azadlığa buraxılması müqabilində İranın bu ölkənin azad edilmiş pullarına çıxışına məhdudiyyətlər qoyulacaq.

“Prinsipcə, bu vəsaitlər yalnız ikili hərbi təyinatı olmayan ərzaq, dərman və tibbi avadanlıqlar üçün nəzərdə tutulub. Bu vəsaitlərin istifadəsinə ABŞ Maliyyə nazirliyi tərəfindən təsdiq edilmiş ciddi və standartlaşdırılmış proses tətbiq olunacaq”, - Kirbi vurğulayıb.
AzVision.az


Teqlər: Pəhləvi   razılaşma  





Xəbər lenti