Deputat Habil Əliyevin səhhəti ilə maraqlandı

Deputat Habil Əliyevin səhhəti ilə maraqlandı
  06 İyun 2014    Oxunub:1423
Milli Məclisin deputatı Aydın Mirzəzadə Xalq artisti Habil Əliyevin səhhəti ilə maraqlanıb.
AzVisin.az xəbər verir ki, millət vəkili H.Əliyevin ailəsinə zəng edib.

`İstedadlı sənətkarımız Habil Əliyevin səhhəti ilə bağlı xəbərlərdən narahat oldum. Habil müəllimlə tanışıq, onun sənətinin vurğunlarından biriyəm. Vaxtaşırı zəngləşirdik, onun ifasının xalqımızın mədəni sərvətinin bir hissəsi olduğunu ona deməkdən zövq alırdım.
Bu gün ailəsi ilə danışdım. Evdə müalicə aldığını, müvafiq müalicə kursu keçdiyini bildirdilər. Səhiyyə Nazirliyindən ona diqqət edirlər.
Habil müəllimin qardaşının yas mərasimində özünü qorumayıb, stress də özünü göstərib.

Allah şəfa versin, o Azərbaycan xalqının fəxridir`-deyə A.Mirzəzadə qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti