Emin Ağalarov: “Gecikməkdən qorxuram” - MÜSAHİBƏ

Emin Ağalarov: “Gecikməkdən qorxuram” - MÜSAHİBƏ
  06 İyun 2014    Oxunub:3878
Bakıya “Ən yaxşı ifaçı” nominasiyasında “World Music Awards” mükafatının qalibi kimi dönən məşhur müğənni-bəstəkar EMIN Buro 24/7 portalına müsahibə verib. AzVision.az xəbər verir ki, Emin müsahibəsində öz təəssüratlarından, sevimli brendlərindən və gələcək planlarından söhbət açıb.

- Emin, öncə Sizi bu nailiyyət münasibətilə təbrik edirik. "World Music Awards" müsabiqəsində iştirakınız barədə nə deyə bilərsiniz?

- Bildiyimə görə, xüsusi seçilmiş münsiflər heyəti albomları ölkə hüdudlarından kənarda ən çox satılan ifaçıların siyahısını hazırlayıb mükafatın rəsmi saytında yerləşdirirlər. Daha sonra 6-8 ay müddətində onlayn səsvermə keçirilir, sonda münsiflərin balları ilə yığılan səslər toplanır və qalib elan olunur.

- Yəni, ilk vaxtlar iştirakınız barədə məlumatsız idiniz.
- Bəli. Onlayn səsvermə zamanı dostlarımdan biri zəng edib bu xəbəri mənə söylədi. Özümü dünyanın məşhur ifaçılarıyla bir siyahıda görəndə çox təəccübləndim. (gülür)



- Belə bir dünya miqyaslı musiqi yarışmasına dəvət almaq və oradan qalib kimi ayrılmaq necə hisdir?
- Dostlarım Timati və Qriqoriy Leps ilə "World Music Awards" yarışmasına ifaçı kimi dəvət almışdıq. Çıxışımıza hazırlıq zamanı təşkilatçılar bizə yaxınlaşıb üçümüzdən birinin "Ən yaxşı ifaçısı" nominasiyanın qalibi olacağını dedi. Ancaq hansımızın qalib olacağı bilinmirdi. Sözsüz ki, həyəcanlıydıq. Qalibiyyətdən sonra isə məni ilk təbrik edən Qreqoriy Leps oldu. O, mni qucaqlayıb "Təbrik edirəm, qardaş" - dedi.

- Fəxredici hisdir ki, belə bir nüfuzlu mükafatı Müslüm Maqomayevə həsr etdiniz.
- Başqa cür ola da bilməz, çünki, məni musiqiylə Müslüm Maqomayev tanış edib və bütün incəliklərini öyrədib. Odur ki, ömrümün axırına qədər əldə etdiyim bütün nəaliyyətləri ona ithaf edəcəm.

- Gəlin, bir qədər də geyim tərzinizdən danışaq. Hansı stilə üstünlük verirsiniz?
- Üstünlük verdiyim konkret bir geyim tərzi yoxdur. Lakin "casual" stildə özümü daha rahat hiss edirəm. Sözsüz, səhnə obrazı gündəlik geyimdən seçilməlidir. Düşünürəm ki, stilistə ehtiyacım yoxdur və ətrafımda olan yaxın insanların fikri mənə bəs edir.

- Bəs brendlər barəsində nə düşünürsünüz?
- "Brendomaniya"dan əziyyət çəkmirəm. Məsələn, üzərimdəki geyim Adidas-dır.

- Ən sevdiyiniz aksessuar hansıdır?
- Qol saatı. Qolumda saat olmayanda özümü narahat hiss edirəm və hər yerə gecikəcəyimdən qorxuram. U-Boat isə ən sevimli saat brendimdir. Rahat, eyni zamanda çox dəbli görünürlər.

- Sizcə, xarakterinizdə mənfi cəhətlər hansılardır?
- (Bir qədər düşünür). Mən daim öz üzərimdə çalışıram və xarakterimdə olan boşluqları doldurmağa can atıram. Ancaq hələ ki, özümlə bacara bilmədiyim yeganə mənfi cəhətim səbrsizliyimdir. O da düzəlsə, hər şey əla olar.

- Bəs insanlarda ən çox hansı xüsusiyyətləri qiymətləndirirsiniz?
- Səmimiliyi, düzgünlüyü və sadiqliyi.

- Emin, boş vaxtlarınızı necə keçirirsiniz?
- İş qrafikim gərgin olduğu üçün boş vaxtım demək olar ki, olmur. Ancaq vaxt tapan kimi Bakıya - uşaqlarımın yanına gəlirəm. Bu, mənə zövq verir və onlarla birlikdə olanda dincəlirəm.





Teqlər:  





Xəbər lenti