Əfqanıstan prezidentindən İlham Əliyevə təbrik

Əfqanıstan prezidentindən İlham Əliyevə təbrik
  06 İyun 2014    Oxunub:905
Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, dost və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.

Əfqanıstan ilə Azərbaycan arasında dostluq münasibətlərinin ölkələrimizin qarşılıqlı mənafelərinə uyğun olaraq müxtəlif sahələrdə daha da möhkəmlənməsini arzu edirəm.

Zati-alinizə cansağlığı, dost və qardaş Azərbaycan xalqına gündən-günə artan tərəqqi və səadət diləyirəm.


Teqlər:  





Xəbər lenti