Prokurorluq dələduzluq faktı ilə bağlı məlumat yayıb

İstintaq zamanı K.Muxtarovun “Azərbaycan Lizinq Şirkəti” MMC-yə məxsus istilik sistemlərinin ayrı-ayrı şəxslərə satılmasına dair saxta alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsinə nail olmaqla ümumilikdə 356 min manat məbləğində külli miqdarda özgə əmlakını, həmçinin MMC-yə məxsus 13 min manat dəyərində istilik avadanlığını aldatma yolu ilə ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.